ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, İsrail və HƏMAS arasında mümkün razılaşma özündə 6 həftəlik atəşkəsi ehtiva edir.
Bayden əlavə edib ki, Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılması da razılaşmanın müddəalarından biridir: “İkinci mərhələdə daimi atəşkəs əldə ediləcək, növbəti mərhələdə isə Qəzza zolağı yenidən qurulacaq”.