“Vətən naminə Tavuş” etiraz hərəkatının nümayəndələri və tərəfdarları ölkənin daha bir neçə şəhərinə səfər etmək, bundan sonra Ermənistan paytaxtında aksiyaları bərpa etmək niyyətindədirlər.
Senzor.az bildirir ki, bunu hərəkatın lideri Baqrat Qalstanyan Gümrüdə keçirilən mitinqdə deyib.
O, Şirak sakinlərini vətəndaş itaətsizliyi aksiyalarını davam etdirməyə çağırıb. Eyni zamanda, Baqrat Qalstanyan yaxın vaxtlarda böyük mitinq keçiriləcəyini və ola bilsin ki, onun sonuncu mitinq olacağını bəyan edib.
Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlanması ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.
Senzor.az