İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün eyni zamanda, İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili də prezidentliyə namizəd kimi qeydə alınıb.
Qeyd edək ki, Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib.
Onu da xatırladaq ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.