Məlumdur ki, Ermənistanın Konstitusiyasında, Müstəqillik Aktında, parlamenti tərəfindən qəbul olunan qanunvericilik aktlarında, Konstitusiya Məhkəməsinin qərarlarında və bir sıra digər qanunvericiliyində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan cəmiyyətində artıq bu barədə diskussiyaların aparılması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti bu faktların mövcudluğunun ilk növbədə bu ölkənin özü üçün təhlükəli və zərərli tendensiyalar olmasını qəbul edir.
Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir qeyd edib ki, Ermənistan xarici işlər nazirinin müəyyən mənada Azərbaycan ilə Ermənistan arasında bu məsələdə bir paralellik, qarşılıqlılıq yaratmaq cəhdi, ilk növbədə, həqiqətdən uzaqdır və qəbuledilməzdir. Azərbaycanın Əsas Qanununda və istənilən digər qanunvericilik aktlarında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə burada paralellik aparmağa cəhdlər edilməsi qəbulolunmazdır.
“Biz bu kimi iddiaları hər zaman əsaslı şəkildə, faktlar əsasında rədd etmişik və belə tendensiyaların inkişaf etməsinə imkan verməmişik. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz və burada paralelliyə yer yoxdur”, - deyə Ceyhun Bayramov bildirib.
**
Avropa İttifaqının sədri kimi 3 prioritetimiz var. İttifaqa uzun illərdir üzv olmaq istəyənləri cəlb etməyi, enerji təhlükəsizliyinin daha da dərinləşdirilməsini və Avropa İttifaqında rəqabətə davamlılığı planlaşdırırıq.
Senzor.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək də əsas prioritetlərdəndir.
**
Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər.
Senzor.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.
Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb: “Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.
**14:14
Macarıstan iyulun 1-dən Avropa İttifaqının sədri kimi fəaliyyət göstərəcək. Çalışacağıq ki, dövlətlər arasında sülh və əməkdaşlıq hökm sürsün.
Senzor.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Peter Siyarto deyib: “Düşünürük ki, Avropa Sülh Fondundan Ermənistana 10 milyon dollarlıq yardım göstəriləcəksə, bu, Azərbaycana da edilməlidir”.
**
Bir neçə gün əvvəl Ermənistandan növbəti sənəd aldıq. Biz burada müsbət mesajlar gördük.
Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə müvafiq addımlar atılır.
**
Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəal iştirak edirlər.
Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Azərbaycanın 1300-ə yaxın tələbəsinin Macarıstanda təqaüdlərdən istifadə etdiyini deyən Ceyhun Bayramov onların sayının ilbəil artdığını da vurğulayıb.
**
Biz Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasını keçirdik. İclasda ikitərəfli və yüksək səviyyəli görüşlər, layihələr barədə danışdıq.
Senzor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin və hökumətlərarası komissiyanın iclası mütəmadi şəkildə keçirilir.
Nazir qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında BMT, NATO, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyəti var.
**14:10
Azərbaycan və Macarıstan arasında bu gün iki sənəd imzalanıb.
Senzor.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
“Bunlar strateji dialoq üzrə yekun protokol və xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında memorandumdur. Bütün bunlar iki dost ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcək”, - o əlavə edib.
**13:13
Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.
Senzor.az XİN-ə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji və siyasi əməkdaşlıq kimi geniş spektrli məsələlərini nəzərdən keçiriblər.
Nazir Ceyhun Bayramov Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası səylərində iştirak etmək və dəstəkləmək üçün əhəmiyyətli potensialının olduğunu vurğulayıb.
**13:10
Bakıda Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir.
Senzor.az XİN-ə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qarşılayıb.