Rusiya Prezidenti: ABŞ-ın daxili siyasətinə qarışmırıq – “AZƏRBAYCANLA MÜNASİBƏTLƏRƏ GƏLİNCƏ...”

“Rusiya ABŞ-ın daxili siyasətinə heç vaxt qarışmayıb və qarışmır, olanları kənardan izləyir”.

 

Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

 

Onun sözlərinə görə, Rusiya ABŞ-da seçilən istənilən prezidentlə işləyəcək.

 

Putin əlavə edib ki, bugünkü ABŞ hakimiyyəti təkcə beynəlxalq siyasətdə deyil, həm də iqtisadiyyatda bir-birinin ardınca səhvlər edir.

 

Azərbaycanla Rusiya arasında münasibətlərə dair sualı cavablandırarkən isə V.Putin qeyd edib ki, münasibətlər uğurla və çox praqmatik inkişaf edir.

 

Rusiya lideri, həmçinin bəyan edib ki, iki ölkə arasında birgə işin vacib sahələrindən biri logistikadır: “Bu mənada logistikanın inkişafı baxımından çox iş görülməlidir. Bu, təkcə Şimal-Cənub Nəqliyyat Dəhlizinə aid deyil, digər vektorlara da aiddir. Logistika mərkəzlərinin, o cümlədən Rusiya və Azərbaycan sərhəddində - Dağıstan hissəsində tikinti işləri aparılır. Bu, digər sahələrə də aiddir”.

 

Putin hesab edir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün rus dilinin vacib olduğu qənaətindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.