Azərbaycanda bu il “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfrans keçiriləcək

“KiberDiplomatiya” üzrə Beynəlxalq Konfrans Azərbaycanda keçiriləcək.

 

Trend xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general – mayor Azər Əhədov  bunu Dövlət qurumlarınının İT rəhbərlərinin IV Zirvə Toplantısında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən KiberDiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xidmətə verilib və cari ilin 25 sentyabr tarixində “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi qərara alınıb.

 

"“KiberDiplomatiya” dünyada yeni yanaşma və trend olduğundan belə tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir. Diplomatik nümayəndələrin, eləcə də artıq bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlərin, o cümlədən sahə üzrə qlobal aktorların diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda toplanması ölkəmiz üçün faydalı olacaqdır", - A.Əhədov əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.