Frank Schwabe – TRANSLATING INTO TERMS OF CONSCIENCE
MİR ŞAHİNİN MÖHTƏŞƏM TELEPAMFLETİ BU DƏFƏ İNGİLİS DİLİNDƏ

Xəbər verdiyimiz kimi, REAL Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bir neçə gün əvvəl tamaşaçılarına yeni  “Frank Şvabe – Vicdan dilinə tərcümədə” telepamfletini təqdim etmişdi. 

 

Senzor.az xatırladır ki, böyük rezonansa səbəb olmuş həmin telepamflet bu sözlərlə başlayır: “Tutaq ki, Frank Şvabe mənəm. Avropa Şurasının deputatıyam. Azərbaycana bir neçə il əvvəl Avropa Şurası adından seçkiləri müşahidəyə gəlmişdim. Vicdanım oyansaydı, yəqin başqa cür danışardım. Məsələn, deyərdim ki, “Xəzərin sahilində yerləşən bu Qafqaz respublikasında biz qərblilər sabitlik yox, iğtişaş görmək istəyirik”. Deyərdim ki, “mən çox miskinəm, Qərəzim, kinim ruhumu şeytana müttəfiq eləyib. Mən yaxşılığın qarşısına yaxşılıqla çıxmağa adət etməmişəm. Avropanın ağır zamanlarında Azərbaycanın ona verdiyi qaza, neftə, enerji təhlükəsizliyimizin təmin olunmasındakı iştirakına görə, bu ölkəyə sadəcə nifrət eləyirəm”...

 

Biz Senzor.az olaraq həmin telepamfleti dərc edib yaymış (https://senzor.az/bas-yazi/39104-frank-svabe-.html) və oxucularımızdan xahiş etmişdik ki, axıra qədər bu cür sərt tonda davam edən reportaja mütləq baxsınlar. Ən azı dostumuzu və düşmənimizi daha yaxşı tanımaq, bizə olan paxıllığın, qərəzin kökündə nələrin dayandığını bilmək üçün...  

 

Bu gün Mir Şahin Ağayev REAL TV-də həmin reportajı tamaşaçılara ingilis dilində də təqdim edib. Yeri gəlmişkən, müəllif bununla bağlı sosial şəbəkədəki anons-paylaşımında yazıb: “Əziz azərbaycanlılar! Əsl azərbaycanlılar! 

Bu yaxınlarda Frank Şvabenin və ümumiyyətlə “şvabekimilərin” Azərbaycana qarşı fəaliyyətinə həsr edilmiş telepamflet təqdim etmişdik. Amma təbii ki Azərbaycan dilində. İndi isə eyni reportajı ingilis dilində də yayırıq ki, dünyada anlayanı çox olsun. Baxın, Siz də öz sosial hesablarınızda paylaşın, xaricdə yaşayan dost-tanışınıza tövsiyə edin. Müharibə bitib, düzdür, amma informasiya müharibəsi davam edir. O müharibə isə biz, yəni Azərbaycan mediası qalib gələndə bitəcək”.

 

Bu olduqca vacib, alqışlanmalı və gələcəkdə də mütləq davam etdirilməli addımdır. Çünki indiyədək elə təəssürat yaranırdı ki, bu cür dəyərli ekran işini yalnız özümüz üçün göstərir və yalnız özümüz də baxırıq. Halbuki bu tip verilişlərə ilk növbədə məhz Avropa xalqları və siyasətçiləri baxmalıdırlar…


Deyilənləri nəzərə alaraq  Senzor.az-ın kollektivi də yuxarıdakı çağırışa qoşulur, dəyərli həmkarımız Mir Şahin Ağayevə, eləcə də bütün REAL TV komandasına göstərdikləri fədakarlığa görə təşəkkür edir və müqəddəs mübarizələrində uğurlar arzulayır... 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.