Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.
NTV xəbər verir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirir.
Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.
Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.
**10:27
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.
“TRT Haber” bildirir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da CHP-nin Baş Qərargahında olacaq.
Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. Türkiyə lideri CHP-nin qərargahıhı sonuncu dəfə 2006-cı ildə ziyarət etmişdi.
Xatırladaq ki, Ərdoğanla Özel arasında ilk görüş mayın 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında keçirilib.