Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatı yayılıb.
Senzor.az xarici KIV-ə istinadən bildirir ki, iclasda toxunulan bəzi əsas məqamlar mətbuata açıqlanıb.
İclasda toxunulan əsas məsələlərdən biri ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir ki, tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirmək və onun statusunu Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltməyə sadiq olduqlarını bildiriblər.
Digər məsələ iqtisadi və enerji sahəsində əməkdaşlıqla bağlı olub. Ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, sanksiyalar və ixrac nəzarəti üzrə əməkdaşlıq və Ermənistanın enerji müstəqilliyinin dəstəklənməsi daxil olmaqla, qarşılıqlı rifaha təşviq etmək üçün birgə fəaliyyət planı razılaşdırılıb.
Bundan başqa, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə də toxunulub. Belə ki, ABŞ Ermənistanın müdafiə sektorunda və hüquq-mühafizə sistemində islahatları dəstəkləməyə davam edəcək, o cümlədən Kanzas Milli Qvardiyası ilə əməkdaşlıq çərçivəsində məsləhətlər, hərbi təhsil proqramları da təşkil olunacaq.
Ermənistan və ABŞ arasında əlaqələri dərinləşdirmək, Regionda sülhə və rifaha təşviq etmək də iclasdakı məsələlər arasında yer alıb.