Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.