İrəvanda polis etirazçılara qarşı səs qumbaralarından istifadə edib - 98 NƏFƏR SAXLANILIB, 101 NƏFƏR XƏSARƏT ALIB
YENİLƏNİB, FOTO/VİDEO

İyunun 12-də axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, Ermənistan Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən son məlumatda belə deyilir.

 

Yaralılar arasında etirazçılar və polis də var. 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, parlament binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı toqquşma zamanı polis səs qumbaralarından istifadə etməyə başlayıb.

 

**02:02


İrəvanın Baqramyan prospektində baş verən qarşıdurmalarda yaralanan vətəndaşların və polis əməkdaşlarının sayı 98-ə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə  Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

"66 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - məlumatda deyilir.

 

32 pasiyentin müalicəsi davam edir. Onlar yüngül və orta dərəcəli xəsarətlər alıblar. Xəsarət alanların 17-si polis əməkdaşlarıdır. 

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə Baqramyan-Dəmirçyan kəsişməsində baş verən qarşıdurmadan sonra 98 nəfər saxlanılıb.

Xatırladaq ki, qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə iş başlayıb.

 

**21:54(12.06.2024)


Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

 

"İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır", - DİN-dən bildirilib.

 

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

 

"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

 

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.

 

**20:54



İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün polis xüsusi texnikadan istifadə edib. 

 

Senzor.az görüntülərə əsasən bildirir ki, ondan çox səs-küylü qumbaraatan istifadə edilib.

 

Həm etirazçılar, həm də polis tərəfindən şüşələr və daşlar atılır. Polisin ön sıralarında xüsusi təyinatlı dəstə durur.

 

Bəzi məlumatlara görə, polisin hərəkətləri nəticəsində etirazçılar arasında halı pisləşənlər və zərərçəkənlər də olub.

 

“Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan etirazçıları geri çəkilməyə və təxribatlara uymamağa çağırır.


**20:04



Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.


Bu barədə "News.am" məlumat yayıb.


Bundan əvvəl parlament binasının yanındakı parkda izdiham yaşanıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.


Hadisəyə münasibət bildirən Baş nazir Nikol Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib:


“Polis qanunla ona həvalə edilmiş funksiyaları ciddi şəkildə qanun çərçivəsində həyata keçirir”, - deyə o qeyd edib..


**18:28

Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşma olub.


Ermənistan KİV xəbər verir ki, etirazçılar parlament binasının qarşısındakı kordonu yarmağa cəhd edir, təhlükəsizlik qüvvələri bunun qarşısını almağa çalışırlar.


Qeyd edək ki, bundan əvvəl 40-dan çox etirazçının saxlanıldığı bildirilmişdi.


**14:16

Ermənistan parlamentinin binasına yüzlərlə polis gətirilib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək aksiyaya mane olmaq üçün cəlb ediliblər.

 

Polis parlament binasına tikanlı məftil də gətirib. N.Paşinyan hazırda parlamentdədir. Onun “Hökumət saatı”nda iştirak edəcəyi gözlənilir.


Yeri gəlmişkən, baş nazir parlamentin həyətində jurnalistlərə polis qüvvələrinin Dəmirçyan küçəsində cəmləşməsini şərh edib: "Ermənistanın istənilən dövlət orqanı qanunla ona həvalə edilmiş funksiyaları yerinə yetirməlidir".

 

Onun sözlərinə görə, polis parlamentin normal fəaliyyətini və vətəndaşların təhlükəsizliyini təmin etməlidir: “O cümlədən, bu, dinc mitinq iştirakçılarına və ya mitinqin dinc iştirakçılarına da aiddir”. 

Onu da qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanunvericiliyin tələblərinə riayət etməyə və ictimai asayişin pozulmasına yol verməməyə çağırıb.

 

Bildirilib ki, istənilən qanun pozuntusunun qarşısı bütün qanuni üsullardan istifadə edilməklə alınacaq.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.