Ermənistan parlamentində Paşinyanın istefasının müzakirəsi baş tutmadı - MÜXALİFƏT MİTİNQ KEÇİRİR

Ermənistan parlamentinin iyunun 17-nə çağırılan növbədənkənar sessiyası baş tutmayıb.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, buna “Vətəndaş müqaviləsi” iqtidar partiyasından olan deputatların sessiyaya gəlməmələri səbəb olub.


Xatırladaq ki, növbədənkənar sessiyanın gündəliyinə baş nazir Nikol Paşinyanın və hökumətin istefası barədə məsələ daxil edilmişdi. Hökumətin istefası təşəbbüsü ilə parlament müxalifəti çıxış edib.

Yeri gəlmişkən, arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı parlamentin qarşısında izdihamlı mitinq keçirmək barədə qərar qəbul etmişdi. Yerli KİV-in yazdığına görə, İrəvanda parlament binası yaxınlığında “Vətən naminə Tavuş” hərəkatının mitinqi artıq başlayıb.

 

“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.

 

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edilib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.