Türkiyə müdafiə sənayesinin yenilikləri AVROPANIN ƏN BÖYÜK SİLAH SƏRGİSİNDƏ
FOTO

Türkiyənin aparıcı müdafiə şirkətlərinin istehsal nümunələri iyunun 17-də Paris ətrafında açılan “Eurosatory 2024” Avropanın ən böyük silah və hərbi texnika sərgisində nümayiş olunub.

 

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 60-dan çox ölkəsindən yüzlərlə şirkət iştirak edir, “Eurosatory 2024” platformasını dörd gün ərzində dünyanın 96 ölkəsindən 250-yə yaxın nümayəndə heyətinin ziyarət edəcəyi gözlənilir.

 

Sərgidə Türkiyənin ən böyük stendlərindən biri “Roketsan” şirkətinin pavilyonu olub. Pavilyonda MAM-C, MAM-L IIR və MAM-T IIR mini qanadlı raketləri, OMTAS kompleksləri, UMTAS-GM raketləri, SUNGUR və HİSAR-O hava hücumundan müdafiə sistemləri, müxtəlif mənzilli raketlər daxil olmaqla onlarca məhsul haqqında məlumat təqdim edilib. 

“Roketsan”ın baş direktoru Murat İkinci jurnalistlərlə söhbətində bildirib ki, türk mühəndislərinin yaratdıqları nümunələr NATO standartlarına uyğundur. “Ölkəmizdə istehsal olunan bir çox silah növünə xaricdə yüksək tələbat var. Bu cür sərgilər imkanlarımızı dünyaya təqdim etmək üçün gözəl fürsətdir”, - deyə Murat İkinci vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.