YENİLMƏZ DÖYÜŞÇÜ QÜRURUN VƏ LƏYAQƏTİN QARŞISINDA BAŞ ƏYİRİK! - İyunun 18-dən 19-a keçən gecə Mübariz İbrahimovun şəhid olduğu gündür
ELXAN ŞÜKÜRLÜNÜN YAZISI

...Hər şey Seyid Mübarizin bir cəsarətli addımından – silahını götürüb, düşmən üzərinə təkbaşına yeriməsindən və bütün Ermənistan ordusunun canına vahimə salmasından sonra Azərbaycanın lehinə dəyişdi! 

 

Düşmən və onun çoxsaylı himayədarları anladılar ki, “Əhli-Beyt” tərəfdarlarının yurdu sayılan Azərbaycanda şəhadəti əbədi şərəfli həyatın başlanğıcı bilən cəsur oğulları bütün dünya güclərinin bizə sırımaq istədiyi təslimçi sülhlə barışmayacaq, razılaşmayacaq və bir gün yuxarı komandanlığın əmrini gözləmədən, işğalçının üzərinə yeriyərək, onların nəfəslərini kəsəcəklər...

 

Valideynlərinə yazdığı o məşhur məktubdan aydın olur ki, Seyid Mübariz babası İmam Hüseynin (s.) yoluyla getməyi seçibmiş və elə o cəsur babası kimi də şəhadətiylə bir ölkəyə yeni başlanğıc yazmağa, qəhrəmanlıq nümunəsi yaratmağa nail oldu!

 

İndi çox adam çox şey danışa bilər, ancaq gerçəklik budur ki, məhz Seyid Mübarizin davranışları, ortaya qoyduğu nümunə Azərbaycan Ordusunda əsgər və zabitlərə örnək oldu, şəhidlik anlayışının bizi xilas edəcək yeganə məfhum qismində bütün Silahlı Qüvvələrimizdə dirçəlişinə təkan verdi!

 

Seyid Mübariz çoxillik məğlubiyyət sindromundan qorxmuş və düşməni gözündə böyütmüş cəmiyyətimizə o hissi aşıladı ki, düşmən məğlubediləndir və yetər ki, hər kəs Mübariz ovqatda, Mübariz ürəkdə, Mübariz cəsarətdə və Mübariz imanda olsun! 

 

Ordumuz haqqında məlumatı olanlar bilir ki, məhz Seyid Mübarizin ortaya qoyduğu nümunədən sonra cəbhə xəttində təkbaşına düşmən üzərinə yerimək meyilləri və təşəbbüsləri artdı, aşağı zabit heyətindən yuxarı komandanlığa “Önümüzü kəsməyin! Hücum edək!” çağırışları, təzyiqləri gücləndi, səngərlərin, postların özbaşına irəli çəkilməsi işləri sürətləndi, düşmən tərəfdə təkbaşına əməliyyat keçirməyə hazır neçə-neçə yeni Mübarizlər ortaya çıxmağa başladı...

 

Beləcə, addım-addım 2016-cı ilin dördgünlük Aprel savaşına gedildi və düşmənə, onun himayədarlarına bir daha anladıldı ki, önümüzü içimizdəki xainlər və kənardakı güclər kəsməsə, Azərbaycan əsgəri və zabiti Ermənistanda daşı-daşı üstə qoymaz, birnəfəsə İrəvanadək yürümək gücündə, əzmində, qüdrətindədir! 

 

Elə ona görə də Ordumuzda başlamış bu təşəbbüskarlığın, döyüş əzminin və yüksək ovqatın qarşısını kəsmək, Silahlı Qüvvələrimizin içindəki gerçək xainləri gizləmək və Rusiyanın da “Ermənistanla müharibə yalnız bizimlə razılaşdırıldıqdan sonra mümkündür” fikrini hakimiyyətə qəbul etdirmək üçün 2017-ci ildə məlum “Tərtər işi”nə start verildi...

 

Bununla belə, Seyid Mübarizin adı 2020-ci ilin 27 sentyabrında başladığımız və zəfərlə bitirdiyimiz Vətən Savaşına gedən yolda döyüşçülərimizin önünə düşən, şəhid ruhu isə başları üzərində uçan və onları qoruyan bayraqdar oldu!

 

Bu gün - iyunun 18-dən 19-a keçən gecə o gerçək Bayraqdarımızın – Seyid Mübarizin “Mənim kimi birisi sənin kimi birisinə beyət etməz!” deyərək, Yezid ordusunun üzərinə təkbaşına hücum çəkmiş babası Həzrəti Hüseynin (s.) qəhrəmanlığını təkrarladığı və sonra da yanına getdiyi gündür!

 

Həmişə diri və Mübariz İgidimiz, gerçək Milli Qəhrəmanımız, millətimizi dirçəldən gülərüz ruhun şad olsun! 

 

O yenilməz döyüşçü qürurun və ləyaqətin qarşısında baş əyirik!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.