Rumıniya öz pilotsuz uçuş aparatını (PUA) istehsal edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Radu Oprea məlumat verib.
"Mən əminəm ki, yayın sonuna qədər Rumıniyada pilotsuz uçuş aparatı üçün hazır bir layihə mövcud olacaq. Əqli mülkiyyət hüquqlarını əldə etməsi üçün layihə milli müdafiə şirkəti "Romarm"ın müəssisələrindən birində sınaqdan keçiriləcək", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, “Romarm”ın törəmə şirkəti olan Rumıniyanın “Carfil” şirkəti həm mülki, həm də hərbi məqsədlər üçün PUA operatorları üçün təlim mərkəzi açmağı planlaşdırır.