Paris erməniləri tələyə saldı: PAŞİNYAN UÇURUMA DOĞRU GEDİR
ELÇİN ALIOĞLU YAZIR

Fransanın Ermənistana verdiyi dəstəyin və xüsusilə də prezident Emmanuel Makronun baş nazir Nikol Paşinyana olan zahiri "rəğbət"i emosiyalardan çox kənar, sırf siyasi hesablar üzərində qurulmuş nəsnələrdir.

 

Ermənistan ordusunun qalıqlarını sürətlə silahlandırmağa başlamış Fransanın tələsdiyi aşkar görünür. Belə ki, 155 mm çaplı "Ceasar" özüyeriyən artilleriya qurğularının (ÖAQ) Ermənistana verilməsi prosesi 15 ay kimi həddən ziyadə kiçik zaman kəsiyinə təsadüf edəcək.

 

Dövlətlərarası anlaşmalar əsasında silah və hərbi texnika tədarükü belə qısa müddət üçün hesablanmır, reallaşmır.

 

Fransa ermənilərə haubitsalardan savayı, "Bastion" zirehli transportyorları, "Mistral" zenit-raket qurğuları və "Ground Master 200" radiolokasiya qurğuları da verəcək.

 

Sadalanan texnika dünya silah bazarında ciddi qəbul edilmədiyindən rəsmi Paris onların PR-ını Ukrayna və Ermənistan vasitəsilə reallaşdırmaq fikrindədir.

 

Belə ki, "Ceasar" və "Bastion"lar indiyədək Fransanın birbaşa təsirindəki Afrika ölkələrinə, habelə Mərkəzi və Şərqi Avropadakı kiçik dövlətlərə satılıb. Alıcılar arasında bir neçə kiçik Asiya ölkəsi də var ki, bununla da siyahı bitir.

 

Ermənistan və Fransa arasında hərbi təlimlər və təhsil sahəsində geniş əməkdaşlıq mövcuddur. Fransız hərbi akademiyaları erməni zabitlər üçün təlim kursları təşkil edir və erməni zabitlər Fransanın hərbi akademiyalarında təhsil alırlar.

 

Fransa Ermənistanın müdafiə sənayesinin inkişafına dəstək verir. 2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında müdafiə texnologiyaları üzrə əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum çərçivəsində iki ölkə arasında müdafiə texnologiyaları üzrə təcrübə və məlumat mübadiləsi həyata keçirilir.

 

Ermənistan və Fransa arasında birgə hərbi təlimlər keçirilir. Bu təlimlər hər iki ölkənin ordusunun əməliyyat qabiliyyətini artırmaq məqsədi daşıyır. Məsələn, builki birgə təlimlərdə erməni və fransız əsgərləri birlikdə müxtəlif ssenarilərdə təlim keçiblər.

 

2020-ci ildə Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq sahəsində 5 böyük layihə həyata keçirilib.

 

2021-ci ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 3 yeni müqavilə imzalanıb.

 

2022-ci ildə Ermənistanda keçirilən birgə təlimlərdə 200-dən çox erməni və fransız hərbçi iştirak edib.

 

Fransanın hərbi akademiyalarında təhsil alan erməni zabitlərin sayı son 5 ildə 30% artıb.

 

Fransa Ermənistan üçün müxtəlif artilleriya sistemləri və hərbi texnika da satmağa hazırlaşır.

 

Həmin texnikaya nəzər salaq:

 

1. "Ceasar" artilleriya sistemi: bu sistem yüksək dəqiqlik və atəş gücü ilə tanınır. CEASAR sistemi 155 mm-lik artilleriya topları ilə təchiz olunub və uzaq məsafələrə dəqiq atışlar həyata keçirə bilir.

 

2. "VAB" zirehli transportyoru: bu maşın həm əsgər daşıma, həm də döyüş əməliyyatları üçün istifadə olunur. Yüksək manevr qabiliyyəti və zirehli qoruma təmin edir.

 

3. "ARAVIS" zirehli maşını: bu maşın yüksək təhlükəsizlik və müdafiə qabiliyyəti ilə seçilir və müxtəlif hərbi missiyalarda istifadə edilə bilir.

 

4. "Mistral" raket sistemləri: bu portativ hava hücumundan müdafiə sistemi aşağı uçan təyyarə və helikopterləri məhv etmək üçün istifadə olunur. "Mistral" sistemi yüksək dəqiqlik və hərəkətlilik ilə tanınır.

 

5. "Dassault Mirage 2000": bu çoxməqsədli qırıcı təyyarə yüksək sürət və manevr qabiliyyəti ilə tanınır.

 

6. "Eurocopter AS532 Cougar": bu çoxməqsədli helikopter yüksək yükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir.

 

7. "Thales Raytheon Systems": bu sistem hava məkanı nəzarəti və erkən xəbərdarlıq üçün istifadə olunur. Yüksək dəqiqlik və etibarlılıq ilə seçilir.

 

8. "Syracuse" rabitə peykləri: bu peyklər Ermənistanın rabitə imkanlarını artırmaq və təhlükəsiz əlaqə təmin etmək üçün istifadə olunur.

 

9. "Famas" tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəş sürəti ilə tanınır. Yaxın döyüşlər üçün idealdır.

 

10 "Pamas G1" tapançası: bu tapança şəxsi müdafiə üçün istifadə olunur və yüksək etibarlılıq ilə seçilir.

 

Ermənistan və Fransa arasında imzalanmış müqavilələr çərçivəsində gələcək illərdə də əlavə silah və texnika tədarükü gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə sülh və stabillikdən çox danışsa da, rəsmi İrəvan ordusunu sürətlə silahlandırmaq yolunu seçib. Belə ki, Ermənistan orduya və silahlanmaya dövlət büdcəsindən ayırdığı xərcləri 2022-ci ildəki 800 milyon dollardan bu il 1,5 milyard dollara çatdıracaq.

 

Fransanı hami və havadar hesab etmələrinə rəğmən, ermənilər yeni hərbi texnikanı, silahları və sursatları Hindistandan almağa üstünlük verir: İrəvanla Dehli arasında hərbi-texniki əməkdaşlıq sahəsində imzalanmış müqavilələrin ümumi həcmi artıq 1 milyard dolları keçib.

 

Ermənistan Hindistandan aldığı və bundan sonra alacağı silahların, hərbi texnikanın çeşidinə nəzər salaq:

 

1. "Pinaka" reaktiv yaylım atəşi sistemi: Hindistanın müdafiə sənayesi tərəfindən inkişaf etdirilən bu çoxlüklü raket sistemi yüksək dəqiqlik və atəş gücü ilə tanınır.

 

2. "TATA Kestrel" zirehli maşını: bu maşın həm əsgər daşıma, həm də döyüş əməliyyatları üçün istifadə olunur.

 

3. "BMP-2" zirehli maşını: Hindistanın müdafiə sənayesi tərəfindən modernləşdirilən bu maşın müxtəlif hərbi missiyalarda istifadə edilə bilər.

 

4. "Akash" raket sistemi: bu yer-hava raket sistemi müxtəlif təhdidlərə qarşı effektiv müdafiə təmin edir.

 

5. "HAL Dhruv" helikopteri: bu çoxməqsədli helikopter yüksək yükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir. Müxtəlif missiyalarda istifadə edilə bilər.

 

6. "HAL Chetak" helikopteri: bu helikopter sərnişin daşıma və axtarış-xilasetmə əməliyyatları üçün istifadə olunur.

 

7. "BEL EW" sistemləri: Hindistanın "Bharat Electronics Limited" şirkəti tərəfindən istehsal olunan bu sistemlər elektron müharibə və rabitə təmin etmək üçün istifadə olunur.

 

8. "Insas" tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəş sürəti ilə tanınır.

 

9. "Browning Hi-Power" tapançası: bu tapanca şəxsi müdafiə üçün istifadə olunur.

 

Fransanın əsas məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi təsir imkanlarına yiyələnmək, rəsmi İrəvanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsinə və xarici siyasətində aşkar Qərbə meyillənməyə üstünlük verməsinə nail olmaqdır.

 

Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makronun liberallara mənsub olduğunu nəzərə alsaq, Paris və ümumiyyətlə, Avropa İttifaqının liberal siyasi isteblişmenti ABŞ-ın Cənubi Qafqazda güclənməsindən narahatdır. Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərində mühafizəkar respublikaçı Donald Trampın qələbəsinin ehtimal payının yüksək olduğu bəllidir. Makron və onun mənsub olduğu psevdoliberal düşərgə ciddi təlaşdadır.

 

Üstəlik, Fransada ifrat sağçıların və mühafizəkarların populyarlığının artması, Makronun reytinqinin 24 faizə düşməsi ölkədə keçiriləcək parlament seçkilərində Parisdəki indiki iqtidarın vəziyyətini olduqca çətinləşdirəcək.

 

Məhz bu səbəbdən Fransada məğlub olmamaq üçün Makron ifrat sağçıların və mühafizəkararın elektrotatını öz tərəfinə çəkmək, həmin seçicilərin rəğbətini qazanmaq və "Böyük Fransa uğrunda çalışdığını" göstərmək üçün xarici siyasətində neoimperialist məzmunu xeyli gücləndirib.

 

Afrikadakı sabiq müstəmləkələrdən Fransanın biabırçı şəkildə kənarlaşdırılmasını, bəzi ölkələrdənsə qovulmasını da xatırlasaq, Emmanuel Makronun Ermənistanla bağlı absurd təsiri bağışlayan tələsik və təhlükəli qərarlarının səbəbi aşkarlanır.

 

Fəqət Emmanuel Makronun partiyası Fransadakı parlament seçkilərində qalib gəlsə belə (!), Paris İrəvana verdiyi vədlərin tam əksəriyyətini yerinə yetirə bilməyəcək: səbəb bəsitdir - Makronun Ukraynaya verdiyi vədlərin 99 faizi hələ də söz olaraq qalır.

 

Nikol Paşinyan isə ABŞ, Fransa və Avropa İttifaqı ilə daha da yaxınlaşmaq, əlaqələrlə təmasları daha aktiv etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışır.

 

Halbuki indiki şəraitdə İrəvanın Qərbə meyilli siyasəti yalnız vədlərin alınması və sakitləşdirici-şirnikləndirici bəyanatların qəbulu ilə bitir.

 

Rusiya ilə əlaqələrin minimuma endirilməsi hesabına Qərbə yaxınlaşmaq taktikası ermənilər üçün ağır fəsadlar verəcək.

 

Fransanın Cənubi Qafqazda əsas niyyəti Rusiya ilə bölgədə sərt qarşıdurmaya getmək və prosesdə Ermənistandan istifadə etməkdir.

 

Ona görə də həmin qarşıdurmada əsas və ilk qurban elə Ermənistan olacaq.

 

Ermənilər problemi sadə yolla həll edə bilərlər: bunun üçün regionda sülh və stabillik bərqərar olmalı, Ermənistan qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.