"WikiLeaks"ın qurucusu zaminə buraxıldı və... BÖYÜK BRİTANİYANI TƏRK ETDİ
FOTO

"WikiLeaks", qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxıldığını və təyyarə ilə Böyük Britaniyanı tərk etdiyini açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında məliumat verilib.

 

"O, 1901 gün həbsdə qaldıqdan sonra iyunun 24-də səhər saatlarında ciddi rejimli Belmarş həbsxanasından çıxıb. O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb, həmçinin gündüz Stansted Aeroportuna buraxılıb və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib", – məlumatda diqqətə çatdırılıb. 

"WikiLeaks" həmçinin Amerika məhkəməsinin Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. 

 

Razılaşmaya görə, Culian Assanj casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanj Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında çıxış edəcək.

 

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə Assanjın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.