Azərbaycan qarşısında elə məsələlər qoyulub ki...
MÜDAFİƏ NAZİRİNDƏN İLGİNC AÇIQLAMA

“Biz görürük ki, möhtərəm cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək”.

 

Bunları Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

 

“Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə qaldıraq. Burada söhbət atıcı silahlardan gedir. İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik”, - deyə nazir əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.