Bu gündən etibarən, İranda prezident seçkilərinin ikinci turunda namizədlərin debatı başlayır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, debat iki saat davam edəcək.
Prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili bu müddət ərzində mədəni-siyasi problemlər çərçivəsində suallara cavab verəcəklər.
Məlumata görə, teledebat İranın “Birinci kanalı” ilə yerli vaxtla saat 21.30 -dan 23.30-dək yayımlanacaq.
Xatırladaq ki, iyunun 28-də İranda prezident seçkisi keçirilib. Məsud Pezeşkian səslərin 43 faizini, Səid Cəlili 38 faizinin toplayaraq ikinci tura keçiblər. İkinci tur iyulun 5-də keçiriləcək.