Rusiya pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün yeni “birdəfəlik” “Vogan-9SP” PUA-sını yaradıb.
Bu barədə "Defens Ekspress" məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi də müharibədə dronlara daha çox diqqət ayırır.
Qeyd olunur ki, rusların yaratdığı “Vogan-9SP” kvadrokopter tipli PUA-dır: “Bu məhvedici dronun taktiki və texniki xüsusiyyətlərindən məlum olan odur ki, onun təxminən 200 km/saat sürəti var. Dron sistemdən 45% bucaq altında buraxılır, pilotsuz təyyarənin məhv edilməsi döyüş başlığının partladılması ilə baş verir”.