Makron xalqa müraciət etməyəcək
YENİLƏNİB

Fransa prezidenti Emmanuel Makron Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin nəticələrinə görə bazar günü xalqa müraciət etməyəcək. 

 

Senzor.az bildirir ki, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayına istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, dövlət başçısı “lazımi qərarlar qəbul etmək üçün yeni parlamentdə mandatların bölüşdürülməsi ilə bağlı daha dəqiq məlumatları gözləmək istərdi”.

 

Xatırladaq ki, bundan əvvəl BFMTV kanalı Makronun iyulun 7-də saat 20:00-dan sonra növbədənkənar seçkilərin nəticələrinə şərh verəcəyi və xalqa müraciət edəcəyi barədə məlumat yaymışdı.

 

**20:35 (07.07.2024)


Fransa prezidenti Emmanuel Makron Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turunun nəticələrini müzakirə etmək üçün Yelisey sarayında iclas çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə BFMTV məlumat yayıb.

 

Məlumata görə, iclas “Respublika üçün birlikdə” prezident blokunun liderlərinin, o cümlədən siyahının lideri, Fransanın baş naziri Qabriel Attalın iştirakı ilə axşama planlaşdırılıb.

 

Seçki kampaniyasının böyük bir hissəsində Makron açıqlama verməkdən çəkinib. Kanal istisna etmir ki, saat 20:00-dan sonra prezidentin xalqa televiziya ilə müraciəti olacaq və o,  səsvermənin nəticələrini şərh edəcək.

 

Sonuncu seçki məntəqələri bağlandıqdan sonra saat 20:00-da səsvermənin nəticələrinə yekun vurulacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.