Azərbaycan NATO-nun yubiley sammitində iştirak edəcəkmi? – ARADA RUSİYA və ÇİN “SƏDDİ” VAR...
ELXAN ŞÜKÜRLÜNÜN ŞƏRHİ

İyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun yubiley sammiti keçiriləcək. Sammitə dəvətlilər sırasında Azərbaycan və Ermənistan da var. Ermənistan iştirakını təsdiqləyib, Azərbaycan isə hələ rəsmi cavab verməyib.

 

Hazırda Qərblə əməkdaşlıq tərəfdarı olanlar Azərbaycanın sammitə qatılmasının vacibliyini bildirsələr də, rəsmi Bakının bu tədbirdə iştirakdan imtinası üçün kifayət qədər ciddi əsasları mövcuddur.

 

Hər şeydən əvvəl, sammitin gündəliyindən məlum olur ki, NATO bu tədbirini növbəti dəfə Rusiya və Çin əleyhinə böyük bir təbliğat aksiyasına çevirməyi planlaşdırır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin 22 fevralında Rusiya Prezidenti Putinlə imzaladığı “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”, eləcə də 03 iyul 2024-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpinlə imzaladığı “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannmə” isə rəsmi Bakının Rusiya və Çin əleyhinə təşkil edilmiş belə tədbirlərdə iştirakını əngəlləyir.

 

Məsələn, Rusiya ilə imzalanmış sənədin 7-ci maddəsində açıqca yazılıb: “Rusiya Federasiyası və Azərbayan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.

 

Rusiya XİN isə Azərbaycan və Ermənistanın NATO sammitinə dəvətini “qonşu və dost ölkələri Rusiyadan uzaqlaşdırmaq” və “Amerikalıların öz dağıdıcı təsirlərini dünyanın hər bir bölgəsinə yaymaq cəhdi” kimi qiymətləndirərək, rəsmi Bakını və İrəvanı bu tədbirdən uzaq durmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.