DİN xəbərdarlıq edir:
“BANKDANDIR, KARTINIZA MÜDAXİLƏ VAR” ZƏNGİ GƏLSƏ...

“Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalı – onlayn oğurluq halları sürətlə artmaqdadır. Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır”.

 

Senzor.az bildirir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

 

O bildirib ki, naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir: “Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Vətəndaş diqqətli olmalıdır.

“WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır.

 

“Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7 tarixlərində ayrı-ayrı şəxslərin 15000, 7873, 4457, 4293, 4280, 4000, 3146, 2750, 2444, 2154, 2000, 1997, 1931, 1650, 1500, 1512, 1500, 14781399, 1300, 1071, 1020, 1001,1000, 1000, 1000, 1000, 1000, 1000, 999, 998, 900, 900, 810, 759, 650, 600, 590, 521, 501, 500, 500, 440, 406, 380, 380, 360, 358, 350, 300, 266, 200, 200, 112, 98, 70, 63, 51 manat pulları talanmağa məruz qalıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir.

Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın!”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.