Vaşinqtonda NATO sammiti başladı

ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-ya üzv 32 ölkənin, tərəfdaş ölkələrin və Avropa Birliyinin (AB) iştirakı ilə NATO Sammiti öz işinə başlayıb.

 

Senzor.az bildirir ki, “Ukrayna və trans-Atlantik təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub. 75 il əvvəl 12 ölkə Vaşinqtonda bir araya gələrək Şimali Atlantika Müqaviləsini imzalayıblar.

 

Sammit ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə “Qadın, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa ilə başlayıb. İyulun 9-da, həmçinin NATO Baş katibinin iştirakı ilə Müdafiə Sənayesi Forumu keçiriləcək. Günün yekununda NATO-nun 75 illiyinə həsr edilən tədbir olacaq.

 

İyulun 10-da NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə NATO Sammiti başlayacaq. Sammitə paralel olaraq Vaşinqton NATO İctimai Forumuna ev sahibliyi edəcək. Məqsəd NATO-nun siyasəti, məqsədləri və qərarlarının maraqlı tərəflərin köməyilə daha yaxşı çatdırılmasını təmin etməkdir. 

 

ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti ilə NATO-ya tərəfdaş ölkələrin xarici işlər nazirləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Sammitində iştirak edəcək.

 

Sammitin sonuncu günü NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları və Hind-Sakit okean regionu tərəfdaşları və Avropa İttifaqı nümayəndələri ilə görüş nəzərdə tutulub. Həmçinin iyulun 11-də NATO-Ukrayna Şurasının toplantısı keçiriləcək. Toplantıda NATO liderləri və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.