Gürcüstan Konstitusiya Məhkəməsində “xarici agentlər haqqında” qanunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi tələbi ilə üç iddia qaldırılacaq.
Gürcü mətbuatının verdiyi məlumata görə, onlardan biri Gürcüstan Prezidenti Salome Zurabişvili tərəfindən hazırlanacaq və bazar ertəsi məhkəməyə göndəriləcək.
Zurabişvili hakimlər kollegiyasına hökumətin Konstitusiyanın “ölkənin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası” ilə bağlı 78-ci maddəsini pozduğunu sübut etməyə çalışacaq.
Artıq 100-ə yaxın qeyri-hökumət təşkilatının oxşar birgə iddia hazırladığı bildirilir.
“Report” bildirir ki, bundan başqa, müxalifət də konstitusiya iddiası hazırlayır.