Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.
**09:44
ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Kevin Rojek mətbuat konfransında deyib.
"Onun şəxsiyyətini müəyyənləşdirməyə yaxınıq və bu şəxsin kim olduğuna 100 % əmin olduqdan sonra bu məlumatı mətbuatla paylaşacağıq", - o deyib.
Rojek həmçinin qeyd edib ki, səlahiyyətli orqanlar Trampa atəş açan şəxsin şəxsiyyətinin biometrik təsdiqini gözləyirlər: "Biz indi fotoşəkillərə baxırıq, onun DNT-sini yoxlamağa və biometrik təsdiq almağa çalışırıq".
Bundan əvvəl CNN jurnalisti Ebbi Fillip bildirib ki, Federal Təhqiqatlar Bürosu Trampın Pensilvaniya sakini olan 20 yaşlı Tomas Metyu Kruks tərəfindən vurulduğunu müəyyənləşdirib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.