Parlament seçkiləri ilə əlaqədar təbliğat prosesi ilə bağlı açıq və qapalı məkanların müəyyənləşdirilməsinə başlamalıyıq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müvafiq tədbirlərə artıq start verilib: “Hava şəraiti ilə əlaqədar açıq məkanlara üstünlük verilə bilər”.
MSK-nın sədr müavini Rövzət Qasımov isə bildirib ki, namizədlər və seçicilər əsasən ənənəvi məkanlara üstünlük verirlər: “Yaxın zamanda seçkiqabağı təşviqat başlamazdan öncə bu barədə məlumat veriləcək”.
**
Dairə seçki komissiyalarında yaradılmış ekspert qruplarının tez-tez dəyişməsinin tərəfdarı deyilik.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
“Ekspert qruplarına təlimlər keçirik, onlar təcrübə qazanırlar. Hazırda ekspert qruplarının tərkibinin 1/3-i əvvəlki şəxslərdir. Bu, çox azdır”, - deyə MSK sədri bildirib.
O qeyd edib ki, 375 ekspertin əksəriyyəti hüquqşünas olmalıdır.
MSK-nın sədr müavini Rövzət Qasımov isə vurğulayıb ki, ekspertlərin seçimində xüsusilə gənclərə üstünlük verilib.
**
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.
**
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Senzor.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.
Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.
Beləliklə, MSK-da ümumilikdə 22 siyasi partiyadan 551 səlahiyyətli nümayəndə qeydə alınıb.