Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb.
Bu barədə TASS məlumat yayıb.
ABŞ-ın keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.
Senzor.az xatırladır ki, bundan əvvəl Tramp ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı: “Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır”.