Çin FƏTH və HƏMAS nümayəndələrini qəbul edəcək
"THE NEW YORK TİMES"

Çin hakimiyyəti gələn həftə Pekində Fələstinin radikal HƏMAS və FƏTH hərəkatlarının yüksək səviyyəli nümayəndələrini qəbul edəcək.

 

Senzor.az bildirir ki, bu barədə "The New York Times" qəzeti xəbər yayıb.

 

Məlumata əsasən, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gələn həftə hərəkatın nümayəndə heyəti ilə birlikdə Çinin paytaxtına gedəcək. Öz növbəsində, FƏTH nümayəndə heyətinə hərəkatın üç yüksək rütbəli nümayəndəsi, o cümlədən FƏTH sədrinin müavini daxil olacaq.

 

Qəzetin yazdığına görə, görüşdə Qəzza zolağı ilə İordan çayının qərb sahilində uzun müddətdir hakimiyyət uğrunda mübarizə aparan rəqib Fələstin hərəkatları arasında fikir ayrılıqlarını aradan qaldırmağa növbəti dəfə cəhd ediləcək.

 

Yeri gəlmişkən, apreldə Pekində keçirilən görüş də daxil olmaqla, iki qrup arasında danışıqlarda vasitəçilik etmək cəhdləri indiyədək nəzərəçarpacaq nəticə verməyib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.