CNN: İranın Trampı məhv etmə planı var – QARŞI TƏRƏFDƏN SƏRT REAKSİYA
FOTO

ABŞ kəşfiyyatı İranın Donald Trampı məhv etməyi planlaşdırdığına dair məlumat alıb və Məxfi Xidmət bir neçə həftədir prezidentliyə namizədin mühafizəsini gücləndirib.

 

Senzor.az bildirir ki, belə bir iddianı CNN yayıb.

 

Qeyd edilib ki, Trampa bəzi yerlərdə mitinq keçirməməklə bağlı xəbərdarlıqlar da edilib, ancaq bu, konkret məlumat əsasında yox, ümumi təhlükəsizliklə bağlı olub.

 

O da bildirilib ki, bunun 13 iyulda Pensilvaniyada Donald Trampa qarşı sui-qəsd cəhdinə aidiyyəti yoxdur. Belə ki, sui-qəsd cəhdində şübhəli bilinən şəxs İranla bağlı olmayıb. 

Yeri gəlmişkən, rəsmi Tehranın bu ittihama cavabı özünü çox gözlətməyib. Belə ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi Tehranın ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində əli olması ilə bağlı ittihamları rədd edib.

 

İRNA agentliyinin yaydığı məlumata görə, İran missiyasının əməkdaşı bu cür ittihamları əsassız və qərəzli adlandırıb.


Senzor.az

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.