Azərbaycanın “yeni dövr” parlamentində Naxçıvanın səsi, sözü və sifəti olmaq istəyənlər... 4-ü “KÖHNƏ DÖVR”ün QALIĞI SAYILANLARDIR
ELXAN ŞÜKÜRLÜDƏN ONLARI QABAĞA VERƏNLƏRƏ VƏ SEÇİCİLƏRƏ MESAJ

Azərbaycanın “yeni dövr” parlamentində bizim Naxçıvan camaatının səsi, sözü, sifəti olmaq istəyənlərdən 4 nəfəri bütün fəaliyyətləri boyu “köhnə dövr”ün qalığı sayılaraq Naxçıvan Ali Məclis sədrliyindən uzaqlaşdırılan Vasif Talıbova yaltaqlıqda rekord vurmuş və həmişə də onun deputat siyahısında başda yer almış məşhur isimlərdir: Eldar İbrahimov (35 il), Siyavuş Novruzov (25 il) , Səttar Möhbalıyev (20 il), Ülviyyə Həmzəyeva (10 il)...

 

Bu köhnə deputatların hər birinin fəaliyyətləri dövründə Vasif Talıbovla münasibətlərinə, söz-söhbətlərinə dair Naxçıvan camaatı arasında təkcə “silinməz xatirələr” yox, həm də gülməkdən adamın bağırsaqlarını çölə tökülmək həddinədək çatdıran lətifələr var! Əksəriyyətiniz bilirsiniz...

 

Ancaq buna baxmayaraq, “Turan qapısı” sayılan Naxçıvanda Talıbovdan sonra “böyük islahatlar və yeniləşmə proqramı” həyata keçirəcəyini, bununla da Naxçıvanın boşalmasının qarşısını alacağını idda edən YAP hökuməti bu adamları təzədən – daha bir 5 il də bizim Naxçıvan camaatının dəyişməz siması, sifəti, sözünün carçısı etmək istəyir! 

 

Bunların məntiqiylə, Prezident İlham Əliyevin Naxçıvanda köklü islahat proqramını “yeni dövr Azərbaycan parlamenti”ndə məhz Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Möhbalıyev, Ülviyyə Həmzəyeva... daha gözəl, daha məzmunlu şəkildə xalqa çatdıra, xalqla hökumət arasında çox sıx, qırılmaz bağ, rabitə yarada, 35 ildir blokadada yaşayan bu əhalinin problemlərini belə bir həssas mərhələdə böyük yanğı və bəlağətlə parlament tribunasından səsləndirə, beləcə, Naxçıvanın sürətlə boşalmasının da qarşısını ala və onu yüksək tərəqqiyə qovuşdura bilərlər...

 

Anlamırlar ki, naxçıvanlılar elə məhz hökumətimizin belə adamları 30 ildir başa keçirib, o müqəddəs torpaqlarda söz, vəzifə sahibləri etmələri, o pak torpağı çirkləndirib bulamaları, murdarlamaları səbəbindən başlarını götürüb qaçıblar, dünyanın dörd bir yanına səpələniblər...

 

Nə deyək?! Olsun! Demək ki, YAP hökuməti kefinin belə istədiyini və hər kəsin də onların kefiylə hesablaşmaq məcburiyyətində qaldığını növbəti dəfə hamıya nümayiş etdirmək istəyir! Olsun! Biz alışmışıq və ən çətin mübarizə üsulu sayılan səbri də özümüzə qalxan etmişik! Biz yenə səbr edəcəyik!

 

Ancaq mənim yazığım yerli icra strukturlarına – Talıbovdan sonra hakimiyyətə gətirilmiş gənc və siyasi təcrübəsiz şəxslərə gəlir. Çünki siyahıdakı bu adamları təzədən deputat etmək üçün yerli icra strukturları daha böyük saxtalaşdırmalara getmək məcburiyyətində qalacaqlar və Naxçıvan Muxtar Respublikası da seçki saxtakarlığının ən asan sübuta yetirilə biləcəyi ünvan sayılır...

 

Heç uzağa getməyək, bircə misal çəkim, özünüz nəticə çıxarın: həm Eldar İbrahimov, həm də Siyavuş Novruzov eyni kənddən - seçici sayına görə Naxçıvanın ikinci ən böyük kəndi olan Cəhridəndirlər, ancaq heç biri öz doğma kəndlərinin, qəsəblərinin düşdüyü seçki dairəsindən namizədliyini irəli sürməyib! 

 

Bilirsiniz, niyə?! Çünki bu adamlara öz doğma kəndlərində belə, zərrə qədər hörmət, sayğı, sevgi yoxdur və həmkəndlilərinin onlara gerçək münasibətini özləri hamıdan daha yaxşı bilirlər!

 

...İnsan öz elində, obasında güclüdür. Çətin seçim anlarında insana həmişə eli, obası arxa, dayaq durar, sahib çıxar. İndi öz doğma evində - kəndində, el-obasında zərrə qədər hörməti olmayan, əksinə, öz həmkəndlilərinin nifrət və ironiya ünvanına çevrilmiş adamları növbəti dəfə gətirib Naxçıvan camaatının başına çıxarmağın, vallah, sonu heç yaxşı görünmür və bu, hər şeydən əvvəl, o mərd, mübariz, cəfakeş camaata, o müqəddəs torpağa nümayişkaranə hörmətsizlikdir! 

 

Məndən demək, qalanını özünüz bilərsiniz... O seçkiniz, o seçiminiz, o da siz! 

 

Hər kəs seçdiyinə layiqdir!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.