Qərb ölkələri hazırda fəal şəkildə Rusiya ilə birbaşa münaqişəyə hazırlaşırlar.
Senzor.az bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink" telekanalında deyib.
"Qərb ölkələri uzaqdan, başqasının vasitəsi ilə hərbi əməliyyatlar aparmaq, pul yatırmaq və sair istəyərdilər, lakin hazırda onlar Rusiya ilə birbaşa münaqişəyə hazır deyillər. Hazır olacaqlarmı? İndi hazır deyillər, amma hesab edirəm ki, onlar artıq Rusiya ilə münaqişəyə hazırlaşırlar və bəzilərinin görmək istədiyindən daha sürətli hazırlaşırlar, biz bunu hər mənada hərbi hazırlıqlardan bilirik”, - deyə Vuçiç vurğulayıb.