Ərdoğan: Lazım gələrsə, Ankara Kiprdə hərbi-dəniz bazası yarada bilər

Türkiyəyə qarşı 1974-cü ildə Kiprdə sülhməramlı əməliyyatla əlaqədar tətbiq edilən embarqoya cavab olaraq, Ankara yerli hərbi sənaye kompleksinə güvəndi. Tarixin də göstərdiyi kimi, bu düzgün seçim idi.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.

 

Dövlət başçısı xatırladıb ki, bir vaxtlar Ankaraya hətta təyyarə təkərləri satmaqdan belə imtina edilib, halbuki bu gün Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyaclarını ödəyən yerli istehsalçı - “Petlas” var və bu, sadəcə bir nümunədir.

 

Türkiyə lideri diqqətə çatdırıb ki, bu gün “Aselsan”, “Havelsan”, “Roketsan” kimi türk şirkətləri dünyanın aparıcı hərbi məhsul istehsalçıları sırasında yer alır. “Şirkətlərimiz qlobal nəhənglərlə rəqabət aparır və bu, bizi çox-çox sevindirir”, -deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə Prezidenti bildirib ki, yerli istehsal olan PUA-larının alınması üçün Qərb ölkələrindən gələn sifarişlərin sayı artır. “Mən bu dövlətlərin adlarını çəkmək istəmirəm, lakin Aİ ölkələrinin hərbi məhsullar almaq üçün Ankaraya müraciət etməyə başlaması dünyanın necə dəyişdiyini göstərir”, - deyə dövlət başçısı bildirib.

 

O, xüsusilə türk mühəndislərinin yaratdığı “Kızılema” pilotsuz hərbi təyyarəsinin perspektivli inkişafına diqqət çəkib. Ərdoğan vurğulayıb: “Bu pilotsuz təyyarənin aktiv istifadəsi və digər bu kimi inkişaflar Türkiyə əleyhinə olan dairələrə daha böyük zərbə olacaq”.

 

Ərdoğanın sözlərinə görə, qlobal proseslərin gedişi Türkiyə üçün böyük dividentlər vəd edir. “Bütün bunlar mənə rahatlıq hissi verir. Sizi də sakit olmağa çağırıram”, -deyə dövlət başçısı bildirib.

 

“Bu gün biz təyyarələrimizi və kosmik peyklərimizi istehsal edirik və bu, son hədd deyil. Əminəm ki, Türkiyə yeni uğurlar qazanacaq. Biz gənclərə təkmilləşdirməli olacaqları güclü baza təhvil verəcəyik”, - deyə Türkiyə lideri sözlərinə davam edib.

 

ŞKTC ilə bağlı vəziyyətə gəlincə, Türkiyə Prezidenti bildirib ki, türk Kiprinin təhlükəsizliyini təmin etmək üçün Ankara lazım gələrsə, adanın şimalında dəniz bazası və müvafiq dəniz infrastrukturu yaratmağa hazırdır.

 

Bundan əlavə, Prezident Ərdoğan Ankaranın yataqların işlənməsi üçün daha bir gəmi aldığını açıqlayib. “Biz bu gəmidən Qara dənizdəki “Sakarya” yatağında qaz hasilatını artırmaq üçün istifadə etməyi planlaşdırırıq. O, gələn həftə Türkiyəyə yola düşəcək və təxminən 2 aya təyinat yerinə çatacaq. Uzunluğu 300 metr və eni 58 metr olan gəmi Türkiyədə 5 milyon abonentin tələbatını ödəməyə kifayət edəcək əlavə həcmdə qaz hasilatına imkan verəcək. O, dəniz platforması kimi Qara dənizdə 15-20 il qalacaq”, - deyə Türkiyə Prezidenti bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.