Aİ-də müzakirələr: Avropa ölkələrində məcburi hərbi xidmətə çağırış bərpa edilir?

Bir çox Avropa ölkəsi Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda məcburi hərbi xidmətə çağırışı bərpa edib və ya bərpa etməyi nəzərdən keçirir.

 

Bu barədə CNN məlumat yayıb.

 

"Biz belə başa düşürük ki, səfərbərliyə, hərbi texnika istehsalına, vətəndaşların hərbi xidmətə cəlb edilməsinə və şəxsi heyətin təliminə yanaşmalarımızı tənzimləməli olacağıq", - deyə ABŞ Xarici Siyasət Tədqiqatları İnstitutunun Avrasiya araşdırmaları şöbəsinin rəhbəri Robert Hamilton qeyd edib.

 

Onun fikrincə, Ukraynadakı münaqişə NATO-ya Alyansın müdafiə qabiliyyətini, o cümlədən hərbi xidmətə çağırış bərpa etməyin zəruriliyi barədə xəbərdarlıq olub.

 

CNN-in məlumatına görə, bəzi Avropa ölkələri, o cümlədən Latviya və Norveç artıq məcburi hərbi xidmətə çağırış praktikasına qayıdıb və Almaniyanın müdafiə naziri Boris Pistorius iyun ayında könüllü hərbi xidmətin tətbiqi təşəbbüsünü təqdim edib. İsveç 2025-ci ildə çağırışçıların sayını 8 minə çatdırmağı planlaşdırır. Öz növbəsində, Finlandiya 900 mindən çox hərbi ehtiyata malikdir ki, onlardan 280 mini çevik reaksiya qüvvələrinin tərkibinə daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.