“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir”.
Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib.
“Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik” ,- deyə o qeyd edib.