Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollar dəyərində silah alınmasına dair gizli müqavilə imzalanması ilə bağlı məlumatı təkzib edib.
Bu barədə "Sputnik Armenia"ya açıqlamasında Nazirliyin mətbuat katibi Aram Torosyan deyib. O "İran İnternational" telekanalının bu barədə məlumatını uydurma adlandırıb.
Qeyd edək ki, ötən gün mərkəzi ofisi Londonda olan kanal yaydığı xəbərdə imzalanan müqavilə çərçivəsində İrana “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mojaher” markalı pilotsuz uçuş aparatları, eləcə də “Arman” hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyini bildirib.
**01:42
İran və Ermənistan 500 milyon dollar dəyərində böyük silah tədarükü müqaviləsi imzalayıblar.
Senzor.az bildirir ki, bu barədə "İran International" nəşri situasiyaya bələd olan mənbəyə istinadən məlumat yayıb.
Müqaviləyə "Şahed-136", "Şahed-129", "Şahed-197", "Mohacer-6" tipli pilotsuz uçuş təyyarələri, həmçinin "Xordad-3", "Məcid", "Xordad-15" və "Şəhid Arman" zenit-raket kompleksləri daxildir.
Nəşr qeyd edir ki, İran və Ermənistan Xarici İşlər və Müdafiə nazirlikləri bu məlumatı şərh etmək istəyinə cavab verməyiblər.
Senzor.az