ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.
Senzor.az bildirir ki, Amerika liderinin Oval kabinetdəki çıxışı canlı yayımlanıb.
ABŞ Prezidenti deyib ki, o, ikinci prezidentlik müddətinə layiqdir, lakin öz ambisiyalarını demokratiyanın rifahı naminə qurban vermək qərarına gəlib.
Co Bayden seçki mübarizəsini tərk etməsinin səbəbləri, eləcə də səlahiyyət müddəti bitənə qədər nə edəcəyi ilə bağlı danışıb.
ABŞ lideri seçki yarışından geri çəkilməsini estafeti gənc nəslə ötürmək istəyi ilə izah edib. Onun fikrincə, belə bir addım milləti birləşdirməyin ən yaxşı yoludur.
Prezident kimi qalan altı ayda Bayden diqqətini ABŞ iqtisadiyyatına və vətəndaşların hüquqlarının qorunmasına yönəldəcək: "Mən zəhmətkeş ailələrin xərclərini azaltmağa və iqtisadiyyatımızı inkişaf etdirməyə davam edəcəyəm".
O əlavə edib ki, bundan sonra da vətəndaşların hüquqlarını qoruyacaq və ekstremizmə qarşı çıxacaq. Bundan əlavə, o, səlahiyyət müddətinin sonuna qədər Rusiya ilə qarşı-qarşıya qalacağını və Şimali Atlantika Alyansını daha güclü və vahid hala gətirəcəyini, həmçinin Ukraynanı dəstəkləməyə davam edəcəyini vəd edib.
Bundan başqa, ABŞ Prezidenti Ağ Evlə gələcəkdə əməkdaşlıq etmək niyyətindən danışıb. Onun sözlərinə görə, bu, Qəzza zolağında vəziyyətə təsir etmək üçün lazımdır.
Bayden hesab edir ki, amerikalılar indi öz seçimlərini etməlidirlər. Özü də, verdiyi açıqlamaya görə, artıq vitse-prezident Kamala Harrisi namizəd kimi seçib: "Kamala təcrübəlidir. O, sərtdir və bacarıqlıdır. O, mənim üçün inanılmaz tərəfdaşdır".
Senzor.az