Ərdoğan Təhlükəsizlik Şurasını topladı: NƏLƏR MÜZAKİRƏ OLUNDU?
YENİLƏNİB

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının 2 saat 45 dəqiqə davam edən iclası başa çatıb.

 

Senzor.az Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, iclasda PKK, PYD, YPG, FETÖ, İŞİD başda olmaqla, terror qruplaşmalarına qarşı mübarizə məsələləri müzakirə olunub.

 

Həmçinin Ukraynadakı müharibə ilə bağlı son proseslər və diplomatik səylər barədə fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, iclasda Türkiyənin Kipr məsələsinin kiprlilərin və türklərin bərabər suveren hüquqlara və beynəlxalq statusa malik olacağı, Şimali Kipr Türk Cümhuriyyətinin isə beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü olacağı iki dövlət əsasında həlli məsələsində dəyişməz mövqeyi vurğulanıb.

 

Türkiyə TŞ-də İsrailin Qəzzada apardığı əməliyyatların dərhal dayandırılmasının vacibliyi bildirilib, əks halda münaqişənin bütün regiona yayılması riski daşıdığı qeyd edilib.

 

**10:12


Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

 

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

 

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

 

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.