Xəbər verdiyimiz kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.
Senzor.az bildirir ki, tərəflər Qəzzadakı hadisələri, atəşkəs və Fələstinin radikal “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi üçün aparılan danışıqların gedişatını müzakirə ediblər.
Prezident Bayden boşluqları tez bir zamanda aradan qaldırmaq, razılığa gəlmək, girovları qaytarmaq və Qəzzada davamlı atəşkəsə nail olmaq zərurətindən danışıb.
Daha sonra Benyamin Netanyahu Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb. Görüş təxminən 40 dəqiqə davam edib. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.
Qeyd edək ki, İsrailin Baş naziri Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampla da görüşəcək.
**01:04
ABŞ Prezidenti Co Bayden Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahunu qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə koordinatoru Con Kirbi məlumat verib.
O bildirib ki, tərəflər HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi barədə sazişin bağlanması perspektivlərini müzakirə edəcəklər.