“Paris-2024”: Rəsmi açılışa yaxın paytaxtda etiraz nümayişi keçirilir - İDMANÇILAR DA NARAZIDIR
FOTO

Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

 

Senzor.az bildirir ki, açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 21:30-da başlayacaq.

 

Bu arada məlum olub ki, 80 təşkilatı təmsil edən insanlar Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıblar.

 

300-dən çox nümayişçi əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12 500 insan qovulub” şüarı yazılmış plakatlarla Respublika meydanındakı heykəlin qarşısına yığışıb. Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.

 

“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.

 

Assosiasiyalar Olimpiya Oyunları yaxınlaşdıqca Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.

 

Paris-2024” Olimpiya kəndinə gələn atletlər isə karton çarpayıları tənqid obyektinə çeviriblər. 

Belə ki, idmançılar onlara verilən çarpayılar haqqında sosial şəbəkələrdə paylaşım ediblər.

 

“Karton çarpayıda ilk gecə. Kürəyimi itirirəm”, - deyə su polosu üzrə avstraliyalı çempion Tilly Kearns “Instagram” səhifəsində paylaşdığı videoda deyib. “Çarpayılar həqiqətən də kartondandır, çox sərtdirlər”, - deyə qısa məsafəyə qaçış üzrə idmançı Whitney Tie status  paylaşıb. “Zarafat deyil, gördüyünüz kimi Olimpiya çarpayısı kartondandır”, - deyə Fransız cüdoçu Julyan Brular da təəccübünü gizlətməyib. Reqbi oyunçusu Libbi Janse van Rensburg çarpayılarla bağlı fikrini dedikdən sonra çarpayıların dayanıqlığını yoxlamaq üçün onun üzərinə tullanıb.

 

Bildirilir ki, 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb.

 

Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirlər. Ancaq bəzi “müsbət” baxışı olanlar da var. Məsələn, dekorasiya ilə bağlı. “Hər komanda öz binasını bəzəyə bilər”,- deyə kanoe slalom üzrə çempion Cessika Foks ironiya ilə bunun guya sevindirici olduğunu paylaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.