Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 26-da Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O qeyd edib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən olunmuş təqaüd proqramında Somalidən tələbələrin iştirakını dəstəkləyirik”.
**
Somali ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir.
Bu sözləri Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi iyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O vurğulayıb ki, Somali və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, təcrübələrini bölüşür.
**
Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 26-da Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.
Nazir bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün böyük səylər göstərib.
“Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi əhəmiyyətli işlər görüb”, - deyə C.Bayramov əlavə edib.
**
Biz 2024-cü ildə Azərbaycan ilə Somali arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirik.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 26-da Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında müxtəlif əməkdaşlıq imkanları mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsini qeyd etmək olar.