İrəvan XİN rəhbərlərinin "3+3" formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu yaxınlarda İranın Ermənistrandakı səfiri Mehdi Sübhani bildirib ki, "3+3" formatında növbəti görüş yaxın gələcəkdə Türkiyədə keçiriləcək.
““3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə Nazirlikdən bildirilib.