Venesuelada prezident seçkiləri keçirilir

Bu gün Venesuelada növbəti prezident seçkiləri keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparır.

 

Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronu namizədliyini irəli sürüb. O, iqtidar partyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən "Simon Bolivar adına böyük demokratik qütb" tərəfindən dəstəklənir. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifətdəndir.

 

Maduronun əsas rəqibi "Unitar platforma" koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzalesdir. Onu müxalifət qüvvələrinin praymerizlərində qalib gələn, əvvəllər siyasi hüquqlarından məhrum olmuş və seçkilərdə iştirak edə bilməyən Mariya Korina Maçdo da dəstəkləyib.

 

Son rəy sorğularının əksəriyyətinə görə, vətəndaşlar Maduroya üstünlük verirlər.

 

Onu da qeyd edək ki, Venesuelada 21 milyondan çox vətəndaşın səsvermə hüququ var, lakin müşahidəçilərin fikrincə, səsvermədə 17 milyona yaxın venesuelalı iştirak etmək niyyətindədir. Daha 69 min venesuelalı xaricdə səs verə biləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.