VƏSİYYƏT: ƏDİL ARİFOĞLUNUN SON SÖZÜ - MİR ŞAHİN VƏDİNİ YERİNƏ YETİRDİ
VİDEO

Yəqin razılaşarsınız ki, dünənin ən gözlənilməz və ürək dağlayan xəbərlərindən biri də tanınmış hərbi jurnalist Ədil Arifoğlunun 56 yaşında dünyasını dəyişməsi idi.

 

Bunu onun ölüm xəbəri yayılandan dərhal sonra sosial şəbəkələrin təsirli vida sözləri ilə dolmasından da görmək olardı. Hamı heyfsilənirdi, hamı üzgün idi. Tanıyanlar onunla bağlı xatirələrini bölüşür, tanımayanlar isə haqqında eşitdikləri xoş sözlərdən mütəəssir olduqlarını bildirir, ona Allahdan rəhmət diləyirdilər.

 

Məşhur hərbi jurnalist barəsində xatirəsini bölüşənlər arasında REAL Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev də vardı. 

O, status-qeydində yazmışdı: “Ədil! Əziz Ədil! Giramı Ədil! Qardaş Ədil! Əbədi Ədil! Sən gözlərini həmişəlik yumdun. Amma özündən ötrü! O gözlər bizdən ötrü heç vaxt bağlanmayacaq! Hər dəfə çəkdiyin kadrlara baxanda Sənin gözlərin diriləcək! Sənin gözlərinlə baxacağıq. Tamaşaçı bilməsə də Sən biləcəksən ki, kameranın arxasındakı Sənsən: Sən bir gözünü qıyıb o biri ilə çəkirsən. Heç vaxt ölməyəcək gözlərinlə! Bu axşam Səni çox dinləmək istəyirəm! Və yəqin ki belə mən milyonlarladır! Danış, Qardaşım! Səsinə susadım lap! 

P. S. Sabah vəsiyyətini dünyaya yayacam! Sənin öz səsinlə!!! Yalnız mənim bildiyim vəsiyyətini!”.

 

Və Ustad jurnalist vədini yerinə yetirdi: Ədil Arifoğlunun vəsiyyətini bu gün öz səsi ilə REAL TV-nin efirindən bütün dünyaya yaydı, onu tanımayanlara da tanıtdı... 

 

Senzor.az-ın kollektivi Ədil Arifoğluna Allahdan bir daha rəhmət diləyir, göstərdiyi Təəssübkeşliyə, Böyüklüyə görə isə dəyərli Mir Şahin Ağayevə təşəkkürünü bildirir və hamını REAL TV-nin həmin süjetinə baxmağa dəvət edir: 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.