İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasim Tehranda parlamentin binasında keçirilib.
Qeyd olunub ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib. Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.
İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.