İranın Ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Bu barədə “Nyu York Tayms” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Xatırladaq ki, HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən saat 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilib. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.