Türkiyədə Ali Hərbi Şuranın iclası başlayıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, iclas Beştəpədəki Prezident iqamətgahında keçirilir.
**09:56
Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cövdət Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.
Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.