Türkiyədə bu gün instaqram sosial şəbəkəsinə giriş bağlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qərar ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilib.
Bloklamanın səbəbləri və müddəti göstərilməyib.
Bununla belə, iddia olunur ki, buna səbəb HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı instaqramın paylaşımlara qadağa qoymasıdır.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məsələyə sərt münasibət bildirib: “İnsanların başsağlıqlarına görə ölkədə instaqrama girişin məhdudlaşdırılmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.