100 min israilli ölkəyə qayıda bilmir
NƏ BAŞ VERİR?

100 minə yaxın israilli Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir.

 

Bu barədə İsrailin “12-ci Telekanal”ı məlumat yayıb.

 

Məlimata görə, sərnişinlərə İsrailə uçuşlara qoşulmaq üçün Yunanıstana və ya Kiprə getmələri tövsiyə olunur.

 

“Tayms of İsrail” qəzetinin məlumatına görə, ən azı 18 beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib. Bunlara “Aegean” (Yunanıstan), “Air Europa” (İspaniya), “Air İndia” (Hindistan), “Delta” (ABŞ), “Ethiopian Airlines” (Efiopiya), “Fly Dubai” (BƏƏ), “İberia Express” (İspaniya), İTA (İtaliya), KLM (Niderland), LOT (Polşa), “United Airlines” (ABŞ), “Vueling” (İspaniya) və “Wizz Air” (Macarıstan) daxildir. Bundan əlavə, Almaniyanın “Lufthansa” aviaşirkəti, eləcə də “Swiss Air”, “Austrian Airlines”, “Brussels Airlines” və “Eurowings” aviaşirkətləri də İsrailə uçuşları ləğv ediblər.

 

Bu arada ölkənin milli aviadaşıyıcısı El Al İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir və vətəndaşların geri qayıtmalarına kömək etmək üçün cədvəlinə beş əlavə reys əlavə edəcək.

 

İsrailin Xarici İşlər Nazirliyi isə, insanların yerlərini bildirə biləcəyi və ölkəyə qayıtmaq üçün əlavə tövsiyələr ala biləcəyi xüsusi bir onlayn xidmətə başlayıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.