Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verdi - YENİLƏNİB, VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verib.

 

Senzor.az bildirir ki, Türkiyə dövlətinin başçısı çıxışında gündəlikdəki bir çox cari məsələlərə toxunub.

 

Fələstinə dəstək

 

Prezident Qərb oyunçularının, xüsusən də Amerikanın İsrail və bir ovuc fanatik sionistlərin əsiri olmasından təəssüfləndiyini bildirib.

 

“Biz son 10 ayda 40 min günahsız insanın həyatına son qoyan bu vəhşiliyə son qoymaq üçün əlimizdən gələni edirik”, - deyə Prezident bildirib.

 

Onun sözlərinə görə, Türkiyə bu çətin günlərdə var olmaq üçün mübarizə aparan Fələstini hər vasitə ilə dəstəkləyir.

 

Ərdoğan vurğulayıb ki, Türkiyə və türk xalqının Fələstin xalqı ilə həmrəyliyinə heç bir qüvvə mane ola bilməz.

 

Türkiyə Prezidenti deyib ki, parlament nümayəndə heyəti avqustun 7-də Haaqada İsrailə qarşı soyqırım işinə müdaxilə etmək üçün petisiya təqdim edəcək.

 

Milli Kəşfiyyat Təşkilatına təşəkkür

 

Türkiyənin, diplomatiyanın müxtəlif sahələrində uğur reytinqini davamlı olaraq yüksəltdiyini, son illərdə qlobal və regional diplomatiyanın döyünən ürəyinə çevrildiyini vurğulayan Ərdoğan deyib: Rusiya-Ukrayna müharibəsi zamanı İstanbul prosesindən tutmuş, Türkiyə boğazları vasitəsilə 33 milyon ton taxılın dünya bazarına daşınmasını təmin edən Qara Dəniz Taxıl Təşəbbüsünə qədər Türkiyə bir çox mühüm diplomatik qələbələr əldə edib. Bunun ən son nümunəsi kəşfiyyat sahəsində keçən həftə oldu.

 

“Milli Kəşfiyyat Təşkilatımızın vasitəçiliyi ilə həyata keçirilən son dərəcə həssas iş nəticəsində İkinci Dünya Müharibəsindən sonra ən böyük əsir mübadiləsi Ankarada baş tutub. ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 məhbusun mübadiləsi təxmini qaydada həyata keçirilib. Bu əməliyyat bizim kəşfiyyat təşkilatımızın səviyyəsini və Ankaranın qlobal səviyyədə artan təsirini təsdiqləyir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

 

İxrac və turizmdə rekord göstəricilər

 

Türkiyə dövlət başçısı son iqtisadi statistika ilə bağlı məlumat verib. O, xüsusilə turizm və ixrac sahəsində rekord göstəricilərin əldə olunduğunu qeyd edib.

 

60 milyon turist səviyyəsinə çatılacaq

 

2023-cü ilin ilk 6 ayında 21,6 milyard dollar olan turizm gəlirlərinin bu ilin eyni dövründə yüzdə 9,3 artaraq 23,7 milyard dollara çatdığına diqqət çəkən Prezident deyib: “İlin sonuna kimi 60 milyon turist və 60 milyard mənfəət hədəfinə çatılacaq”.

 

İxrac rekordları qırdı

 

İxrac performansına gəlincə, Ərdoğan qeyd edib ki, ötən həftə açıqlanan məlumatlarda ən yüksək ixrac göstəricisinin iyul ayında əldə edildiyi təsdiqlənib. Prezidentin sözlərinə görə, iyul ayında ixrac ötən ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 512 milyon dollar olub.

 

Prezident əlavə edib ki, iyul ayında idxal 7,9 faiz və ya illik müqayisədə 2,6 milyard dollar azalıb. İxracın artması və idxalın azalması nəticəsində xarici ticarət kəsiri əvvəlki illə müqayisədə 42,3 faiz azalaraq 7,2 milyard dollar təşkil edib.

 

2002-ci ildə cəmi 36 milyard dollarlıq mal  ixrac edən ölkənin 2024-cü ilin 1 ayında 22,5 milyard dollar ixrac etdiyinə diqqət çəkən R.T.Ərdoğanın hesablamalarına görə, ölkə iqtisadiyyatı ixracatda ili 267 milyard dollar nəticə ilə başa vuracaq.

 


Senzor.az

 

**09:56(05.08.2024)

Türkiyə Nazirlər Kabineti üçhəftəlik fasilədən sonra avqustun 5-də toplanır.

 

“TRT Haber” bildirir ki, toplantıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

 

Qeyd olunub ki, hökumətin müzakirə edəcəyi əsas mövzu Fələstindəki vəziyyətlə bağlıdır.

 

Məlumata görə, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə öldürüləndən sonra Tehranla Təl-Əviv arasında gərginliyin artması və İsrailin Livana hücumlarından sonra bölgədə vəziyyətin daha da ağırlaşması hökumətin toplantısında diqqət mərkəzində olacaq. Bundan başqa, İsrail hökumətinin başçısı Benyamin Netanyahu administrasiyasının bölgədə gərginliyi yaymaq cəhdlərinə qarşı izləniləcək yol xəritəsi müzakirə olunacaq. Qəzza zolağında dinc sakinlərin həlak olması fonunda İsrailə beynəlxalq təzyiqləri artırmaq və fələstinlilərə təcili humanitar yardım göstərmək üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. 

Toplantıda Türkiyə daxilində və ətrafında terrora qarşı mübarizə əməliyyatları da qiymətləndiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında Suriya rəhbərliyi ilə diplomatik əlaqələrin bərpası üçün başlayan səylərlə bağlı qiymətləndirmə aparılacaq.

 

Nazirlər Kabinetinin iclasında Ortamüddətli Proqram və 12-ci İnkişaf Planı çərçivəsində həyata keçirilən iqtisadi proqramdakı son vəziyyət də gündəmdə olacaq. Proqramın əsas məqsədi inflyasiyanın daimi olaraq aşağı salınması ilə bağlı görüləcək əlavə tədbirlər və iqtisadi göstəricilərin yaxşılaşdırılması müzakirə olunacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.